Dünya · Trend.az

Fransa daxili işlər naziri iğtişaşları hökumətin uğursuzluğu adlandırıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Fransa daxili işlər naziri iğtişaşları hökumətin uğursuzluğu adlandırıb xəbəri üçün şəkil

Bakı. Trend:

Fransanın daxili işlər naziri Loran Nunyes oktyabrın 17-də ölkədə baş verən kütləvi iğtişaşlar zamanı ictimai asayişin təmin olunmamasına görə məsuliyyəti üzərinə götürüb.

Nazir bu barədə Milli Assambleyada çıxışı zamanı bildirib.

Nunyes qeyd edib ki, həmin gün ictimai binaların və ticarət obyektlərinin təhlükəsizliyini təmin etmək mümkün olmayıb. O, baş verənləri hökumətin uğursuzluğu kimi qiymətləndirərək məsuliyyəti qəbul etdiyini vurğulayıb.

Qeyd edək ki, oktyabrın 17-də Paris də daxil olmaqla, Fransanın bir sıra şəhərlərində yaşayış xərclərinin artmasına etiraz olaraq keçirilən aksiyalar kütləvi iğtişaşlara, talanlara və yanğınlara çevrilib.

Oktyabrın 18-də Nunyes istefa ərizəsini Prezident Emmanuel Makrona təqdim etsə də, dövlət başçısı istefanı qəbul etməyib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑