Dünya · Günün Səsi

Tramp İranla bağlı iki variantı açıq saxladı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tramp İranla bağlı iki variantı açıq saxladı xəbəri üçün şəkil

ABŞ Prezidenti Donald Tramp İranla razılaşma imzalanmasını da, hərbi əməliyyatların yenidən başlanmasını da istisna etmir.

Gununesi.info xəbər verir ki, Amerika lideri bu barədə hərbi əməliyyatların yenidən başlayıb-başlamayacağı ilə bağlı “Fox News” telekanalının sualını cavablandırarkən deyib.

“Bu barədə danışmaq istəmirəm, amma İran özünü yaxşı aparmasa, bunu edəcəyəm. Bununla belə, müəyyən razılaşma da imzalaya bilərik. Əgər bu razılaşma hüquqi cəhətdən yaxşı olarsa və İran heç vaxt nüvə silahına sahib olmayacaqsa”, – Tramp qeyd edib.

ABŞ Prezidenti İranla münaqişəninin daha da gərginləşə biləcəyi ehtimalını da istisna etməyib:

“Bu və ya digər addımı atmaq üçün fürsətin olub-olmayacağına baxacağıq. Ölkəmiz üçün ən yaxşısını edəcəyik”.

Gununesi.info

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑