Demokratlar ABŞ Senatı üzərində nəzarəti əldə ediblər və Nümayəndələr Palatasını qazanmaq astanasındadırlar.
“Bloomberg”in məlumatına görə, hazırkı məqama qədər Demokratlar Partiyasının nümayəndələri ABŞ Senatında 52, respublikaçılar isə 40 yer qazanıblar.
Qeyd edilib ki, onilliklər ərzində ilk dəfə olaraq Texas, Kanzas və Cənubi Karolina demokrat senatorlar seçiblər.
***09:00
“The New York Times” qəzeti hesab edir ki, Demokratlar Partiyası ara seçkilərin nəticələrinə əsasən ABŞ Konqresinin Senatına nəzarəti 95 %-dən çox ehtimalla əldə edəcək.
Globalinfo.az-ın xəbərinə görə, nəşr bildirib ki, demokratlar ya artıq qalib gəlib, ya da çox güman ki, Konqresin yuxarı palatasında nəzarəti təmin etmək üçün əhəmiyyətli olan dörd ştatda qələbə qazanacaqlar.
“Associated Press”in məlumatına görə, hazırkı vaxta qədər Demokratlar Partiyasının nümayəndələri ABŞ Senatında 46 yeri, respublikaçılar isə 37 yeri tutub.
Bundan əlavə, demokratlar respublikaçı rəqiblərinə qarşı 127 mandatlıq səsvermədə qalib gəliblər, Respublikaçıların namizədləri isə ABŞ Konqresi Nümayəndələr Palatasında cəmi 73 yeri əldə edib.
Demokratlar qubernator vəzifələri uğrunda mübarizədə də önə keçib – 11-ə qarşı 16.(“Report”)




