ABŞ Prezidenti Donald Tramp Konqresə keçirilən aralıq seçkilərin nəticələrini qəbul etməyə və Demokratlar Partiyası ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib.
Sfera.az bildirir ki, Tramp bu barədə “The New York Times” qəzetinə müsahibəsində danışıb.
“Bu nəticələri tamamilə tanımağa hazıram. Demokratlarla işləyəcəyik və onlarla əməkdaşlığa başlamağı səbirsizliklə gözləyəcəyik”, – deyə ABŞ Prezidenti bildirib.
Noyabrın 3-də keçirilən aralıq seçkilərdə amerikalılar Nümayəndələr Palatasının 435 üzvünü və Senatın 35 üzvünü seçiblər.
Seçkilər ərəfəsində ABŞ mediasının proqnozlarına görə, Demokratlar Partiyası Nümayəndələr Palatasında Respublikaçılardan nəzarəti ala bilərdi. Palatada çoxluğu təmin etmək üçün demokratlara 218 mandat, Senatda nəzarəti qorumaq üçün isə respublikaçılara mövcud mövqelərini saxlamaq vacib idi.
Qeyd edək ki, Konqresin hər iki palatasında nəzarətin Demokratlara keçməsi Donald Tramp administrasiyası üçün siyasi baxımdan yeni vəziyyət yarada bilər.
Belə ki, demokratlar qanunvericilik təşəbbüslərinə təsir imkanlarını genişləndirməklə yanaşı, prezidentin qərarlarına nəzarət və administrasiyanın fəaliyyətini araşdırmaq üçün də daha geniş səlahiyyətlər əldə edə bilərlər. Bununla belə, seçkilərin yekun nəticələrinin rəsmiləşdirilməsi gözlənilir.
Fatimə
Sfera.az






