Xəzər dənizinin Qazaxıstan sahilində nərə cinsinə aid 173 balığın tələf olması aşkarlanıb. Hadisənin səbəblərini müəyyənləşdirmək üçün araşdırmalara başlanılıb.
BAKU.WS xəbər verir ki, bu barədə "RİA Novosti" Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinə istinadən məlumat yayıb.
Bildirilib ki, oktyabrın 20-də Manqistau vilayətində müvafiq qurumların əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı Qaraqiya rayonunda, Sarja ərazisi ilə Kumdı adası arasındakı sahil zolağında ölü balıqlar aşkarlanıb.
Hadisənin səbəblərini müəyyənləşdirmək və zəruri tədbirləri həyata keçirmək üçün xüsusi komissiya yaradılıb. Ekologiya departamentinin mütəxəssisləri isə dəniz suyundan nümunələr götürüblər.
Hazırda ərazidə monitorinq və araşdırma tədbirləri davam etdirilir. Balıqların kütləvi tələf olmasının səbəbi hələlik açıqlanmayıb.

