Dünya · Axar.az

AB Ukrayna üçün bu ölkələrdən pul istəyir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
AB Ukrayna üçün bu ölkələrdən pul istəyir xəbəri üçün şəkil

AB Böyük Britaniya və Kanadanı Ukraynaya maliyyə yardımını artırmağa çağırmağı planlaşdırır, məqsəd isə 2027-ci ildə gözlənilən 70 milyard avroluq maliyyə çatışmazlığını aradan qaldırmaqdır.

Axar.az xəbər verir ki, bu barədə “Politiko” məlumat yayıb.

“Oktyabrın 29–30-da keçiriləcək AB-Kanada sammiti, noyabrın 20-də keçiriləcək AB–Böyük Britaniya sammiti Brüsselə öz mövqeyini ən yüksək səviyyədə çatdırmaq imkanı verəcək. Kiyevin maliyyə ehtiyaclarının artması və ABŞ-ın dəstəyi ilə bağlı qeyri-müəyyənlik Brüsseli Birliyə daxil olmayan müttəfiqlərindən maliyyə yardımını artırmağı daha fəal şəkildə istəməyə vadar edir”, - məlumatda deyilib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑