ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoffun Rusiyaya səfəri başlayıb. TASS xəbər verir ki, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Putin Uitkoffu Sankt-Peterburqda Konstantin Sarayında qəbul edəcək.
Uşakov qeyd edib ki, görüş bu gün günün birinci yarısında baş tutacaq. O, söhbətin əsas mövzusunun Ukrayna münaqişəsi olacağını deyib.
Uşakov qeyd edib ki, qarşıdan gələn görüş əvvəlcədən razılaşdırılmış planlaşdırılmış bir tədbirdir.
O əlavə edib ki, Moskvanın Ukrayna ilə bağlı əvvəlki danışıqlar zamanı Zelenski ilə heç bir əlaqəsi olmayıb.
Uitkoffu daşıyan təyyarənin artıq Sankt-Peterburqa endiyi bildirilir. Təyyarə enməzdən əvvəl Uşakov da Uitkoffu qarşılamaq üçün hava limanına gəlib.
Tahir TAĞIYEV

