Dünya · Xəzər Xəbər

ABŞ Prezidentinin xüsusi elçisi Sankt-Peterburqda səfərdədir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ Prezidentinin xüsusi elçisi Sankt-Peterburqda səfərdədir xəbəri üçün şəkil

Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkofu qəbul edəcək. Danışıqların əsas mövzusu Ukrayna münaqişəsi olacaq.

Xezerxeber.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

O, tərəflər arasında görüşün əvvəlcədən razılaşdırıldığını qeyd edib. Danışıqlarda Rusiya Prezidentinin elçisi Kirill Dmitriyev də iştirak edəcək.

Uşakov bildirib ki, Moskva Cared Kuşnerin xəstəliyi səbəbindən danışıqlar üçün Rusiyaya gələ bilməməsi barədə məlumatlandırılıb. Rusiya Prezidentinin köməkçisi əlavə edib ki, rəsmi Moskva Ukrayna Prezidenti Volodimir Zelenski ilə əlaqə saxlamayıb.

Daha əvvəl ABŞ dövlət katibi Marko Rubio Uitkofun Oslodan Sankt-Peterburqa uçduğunu açıqlayıb. O, Norveç paytaxtında Ukrayna Prezidenti, Finlandiya Prezidenti və Norveçin Baş nazirinin iştirakı ilə danışıqlar aparıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑