Dünya · Ədalət

İsrail oktyabrın əvvəli İrana zərbə vuracaqmış - KİV

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İsrail oktyabrın əvvəli İrana zərbə vuracaqmış - KİV xəbəri üçün şəkil

İsrailin Baş naziri Binyamin Netanyahu oktyabrın əvvəlində ölkənin hərbi hava qüvvələrinə (HHQ) İran ərazisinə genişmiqyaslı zərbələr endirmək üçün hazırlıq əmri verib, lakin ABŞ bu addımı dəstəkləməyib.  

Adalet.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) nəşri mənbələrə istinadən məlumat yayıb. 

Bildirilir ki, zərbələrin oktyabrın 10-da endirilməsi planlaşdırılıb və hərbçilər əməliyyatın başlanmasına hazır olublar. Lakin ABŞ Prezidenti Donald Trampın bu addıma qarşı çıxmasından sonra Netanyahu HHQ-ya zərbələrə hazırlığın ləğv edilməsi barədə göstəriş verib.

Məlumata görə, baş tutmamış əməliyyat çərçivəsində İrandakı dağıntıların miqyasının bu il fevralın sonu - martın əvvəlində vurulan zərərlə müqayisə edilə biləcək səviyyədə olması planlaşdırılıbmış.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑