ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun Norveçin paytaxtı Oslodan yola düşən “Bombardier” təyyarəsi Sankt-Peterburqdakı “Pulkovo-3” hava limanına enib.
Modern.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
Sankt-Peterburq hava limanında Uitkoffu Rusiya Prezidentinin xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev qarşılayıb.
Qeyd edək ki, Uitkoffun Rusiyaya səfəri Ukrayna müharibəsinin həlli ilə bağlı diplomatik təmaslar fonunda baş tutur. O, Osloda Ukrayna Prezidenti Volodimir Zelenski və digər rəsmilərlə görüşüb. Səfər çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşünün də gözlənildiyi bildirilir.




