Dünya · Bakupost.az

Trampdan Putinə növbəti dəstək: Rusiya 28 milyard dollar qazanacaq

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Trampdan Putinə növbəti dəstək: Rusiya 28 milyard dollar qazanacaq xəbəri üçün şəkil

Tramp administrasiyası və Kreml milyardlarla dollarlıq aktivlərə malik Rusiya Birbaşa İnvestisiya Fonduna (RDIF) qarşı ABŞ sanksiyalarının mümkün ləğvini müzakirə edir.
“Bakupost” xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məlumata görə, bu addım Ukraynadakı müharibəyə son qoymaq üçün danışıqlar zamanı Vaşinqtonun Moskvaya daha bir güzəşti ola bilər.
Yuri Uşakov jurnalistlərə bildirib ki, dövlət investisiya fonduna qarşı sanksiyaların ləğvi üçün ABŞ ilə danışıqlar bir müddətdir davam edir.
ABŞ rəsmisi Tramp administrasiyasının bu ehtimalı nəzərdən keçirdiyini təsdiqləyib. O bildirib ki, Dmitriyev Ukraynadakı müharibəyə son qoymaq məsələsini müzakirə etməkdə ABŞ danışıqları üçün faydalı vasitəçi olub. "Administrasiya ABŞ və Rusiya arasında münasibətləri yaxşılaşdırmaq və müharibəyə son qoymağa kömək etmək üçün RDIF-in siyahıdan çıxarılması ərizəsini qiymətləndirmək üçün adi proses həyata keçirir", - deyə rəsmi bildirib.
Qeyd edək ki, RDIF-ə məhdudiyyətlər ABŞ-ın keçmiş prezidenti Co Bayden administrasiyası tərəfindən Rusiyanın 2022-ci ilin fevral ayında Ukraynaya müdaxiləsindən sonra tətbiq edilib.
Rusiya Birbaşa İnvestisiya Fondu (RDIF) — Rusiya hökuməti tərəfindən 2011-ci ildə xarici tərəfdaşlarla birgə, əsasən Rusiya ərazisindəki layihələrə investisiya qoymaq məqsədilə yaradılmış suveren sərvət fondudur. Fondu Rusiya ilə Ukrayna arasında sülh danışıqlarında Kremlin əsas vasitəçisi olan, kuluar danışıqlar aparan nümayəndəsi Kirill Dmitriev idarə edir.
Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) idarəetməsində olan ayrılmış ehtiyat kapitalı 10 milyard ABŞ dolları təşkil edir.Beynəlxalq suveren fondların fəaliyyətini izləyən ixtisaslaşmış qurumların (Global SWF və SWFI) məlumatlarına görə, fondun idarə etdiyi ümumi aktivlərin həcmi (AuM) 25 milyard ilə 28 milyard dollar arasında qiymətləndirilir.
Bu isə o deməkdir ki, RDİF-ə qarşı sanksiyalar ləğv ediləcəyi təqdirdə, Rusiya 25-28 milyard dollar civarında əlavə vəsaitlər əldə edəcək. Bu da sanksiyalar səbəbindən ağır durumda olan Rusiya iqtisadiyyatını müəyyən qədər ayağa qaldırmağa imkan verə bilər.
Rüfət Sultan,BakuPost
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑