Dünya · Bakupost.az

Rusiya-Ukrayna müharibəsi nə vaxt bitəcək?

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rusiya-Ukrayna müharibəsi nə vaxt bitəcək? xəbəri üçün şəkil

ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında müharibənin başa çatdırılması üçün razılaşmaya əvvəlkindən daha yaxın olduqlarını bildirib.
“Bakupost” xəbər verir ki, Tramp Rusiya Prezidenti Vladimir Putinlə danışıqların davam etdiyini və diplomatik təmaslarda irəliləyiş əldə olunduğunu deyib.
“Bəlkə də hazırda həll yoluna əvvəlkindən daha yaxınıq”, – deyə Tramp bildirib.
O, həmçinin Rusiyanın həbsdən azad etdiyi ABŞ vətəndaşı, müəllim Stiven Habberdin geri qayıtması ilə bağlı məmnunluğunu ifadə edib.
Vüsalə Hüseynova,BakuPost
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑