Dünya · News24.az

Etiraz dalğası Yunanıstana çatdı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Etiraz dalğası Yunanıstana çatdı xəbəri üçün şəkil

Avropada yayılan etiraz dalğası Yunanıstana da çatıb.

News24.az xəbər verir ki, paytaxt Afinada bir araya gələn yüzlərlə müəllim, şagird və tələbə təhsil büdcəsinin artırılması, məktəblərdəki problemlərin aradan qaldırılması tələbi ilə parlament binasına doğru yürüş edib.

Afina Universitetinin qarşısında toplaşan aksiya iştirakçıları bayraq və plakatlar qaldıraraq təhsil şəraitinə etiraz ediblər. Polis mümkün qarşıdurmaların qarşısını almaq məqsədilə ərazidə təhlükəsizlik tədbirləri görüb.

Etirazçılar məktəblərdəki infrastruktur problemlərinə, işçi çatışmazlığına, müəllimlərin maaşlarının aşağı olmasına və təhsilə ayrılan büdcənin yetərsizliyinə narazılıqlarını bildiriblər.

Aksiya iştirakçıları Fransadakı etirazlara da dəstək mesajları veriblər.

Aksiyaya dəstək verən Yunanıstan Dövlət Qulluğu Həmkarlar İttifaqları Konfederasiyası isə işlərin üç saatlıq dayandırılması qərarı qəbul edib.

Oxşar aksiyalar Saloniki başda olmaqla, Yunanıstanın müxtəlif şəhərlərində də keçirilib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑