Dünya · Trend.az

Fransada həmkarlar ittifaqlarının təşkil etmədiyi nümayişlər qadağan ediləcək

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Fransada həmkarlar ittifaqlarının təşkil etmədiyi nümayişlər qadağan ediləcək xəbəri üçün şəkil

Bakı.Trend:

Fransada regional hakimiyyət orqanları yaxın günlərdə keçirilməsi planlaşdırılan bütün nümayişləri, həmkarlar ittifaqları tərəfindən təşkil olunan aksiyalar istisna olmaqla, qadağan edəcək.

Bu barədə Fransa Prezidenti Emmanuel Makronun Yelisey sarayının "X" səhifəsində dərc olunan bəyanatında bildirilir.

“Həmkarlar ittifaqları tərəfindən təşkil olunan aksiyalardan söhbət gedirsə, prefektlər alternativ marşrutlar təklif edəcəklər. Əgər nümayişlər həmkarlar ittifaqları tərəfindən təşkil olunmayıbsa, imkanımız çatan hər yerdə onları qadağan edəcəyik”, – deyə Makron qarşıdakı nümayişlərə həsr olunmuş və Nazirlər Kabinetinin üzvlərinin iştirakı ilə keçirilən müşavirənin yekununda bildirib.

Makron vurğulayıb ki, hazırda etirazların keçirilməsi üçün uyğun vaxt deyil. “Hamımızın sakitliyə qayıtmağa ehtiyacımız var”, – deyə o qeyd edib.

Makron oktyabrın 17-də baş vermiş iğtişaşlarda radikal solçu qrupları ittiham edib. “Onların məqsədi respublikanı məhv etməkdir”, – deyə Fransa Prezidenti vurğulayıb.

Oktyabrın 17-də Parisdə və Fransanın bütün ərazisində yanacağın qiymətinin artmasına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına qarşı kütləvi nümayişlər keçirilib. Təşkilatçıların qiymətləndirməsinə görə, aksiyalarda 800 min nəfər iştirak edib. Daxili İşlər Nazirliyi isə iştirakçıların sayının 550 min nəfər olduğunu açıqlayıb. Bu göstərici hüquq-mühafizə orqanlarının analitiklərinin proqnozlarını iki dəfə üstələyib. Bir sıra şəhərlərdə etiraz aksiyaları iğtişaşlara və polislə toqquşmalara çevrilib. Daxili işlər naziri Loran Nünyes hakimiyyətin talan və qarət hadisələrində iştirak edən şəxslərin hamısının təqibini davam etdirəcəyini vəd edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑