Böyük Britaniyanın baş naziri Endi Börnham Finlandiya prezidenti Aleksandr Stubb ilə telefon danışığı aparıb.
Publika.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş nazirinin ofisindən bildirilib.
Qeyd olunub ki, danışığın mövzusu Osloda keçirilən Ukrayna ilə bağlı görüş olub. Britaniya baş nazirinin ofisinin məlumatına görə, Stubb söhbətə son iki gündə Norveçin paytaxtında baş verən hadisələri təsvir etməklə başlayıb.
Həftənin əvvəlində Osloda ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoffun, Vladimir Zelenskinin və Avropa İttifaqı nümayəndələrinin iştirakı ilə məsləhətləşmələr keçirilib. Bundan sonra Uitkoff Sankt-Peterburqa yollanaraq Vladimir Putinlə görüşüb. Daha sonra amerikalı elçi yenidən Osloya qayıdıb və hava limanında Norveçin baş naziri Yonas Qar Störe ilə söhbət edib.
“Politico” nəşri qeyd edib ki, son vaxtlar Avropada Stubba Rusiya ilə danışıqlarda mümkün vasitəçilərdən biri kimi baxılır. Onun namizədliyi Avropa ölkələrinin sülh prosesində daha fəal iştirak etmək istəyinin fonunda müzakirə olunur.
“Financial Times” qəzeti yazıb ki, Avropa Putinə müharibənin başa çatdırılması üçün iki ssenari təklif edə bilər. Birinci ssenari hazırkı cəbhə xətti boyunca münaqişənin dondurulmasını və Ukraynanın NATO-ya üzv olmayacağına dair zəmanət verilməsini nəzərdə tutur. İkinci ssenari isə Kiyevin alyansa qoşulması müqabilində Donbasın qalan hissəsinin Rusiyaya verilməsini ehtiva edir.
Valeh


