Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli görüşün keçirilməsi üçün Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi nəzərdən keçirilir.
Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
“Hələlik söhbət Əbu-Dabidən gedir”, – deyə o qeyd edib.
Peskov daha əvvəl Rusiya Prezidenti Vladimir Putinin üçtərəfli danışıqlardan əvvəl Rusiya nümayəndə heyətinin üzvləri ilə görüşünə dair konkret planların olmadığını bildirmişdi.
“Üçtərəfli görüşə qədər hələ vaxt var. Hələlik prezidentin bu məsələ ilə bağlı konkret planları yoxdur”, – Kremlin sözçüsü vurğulayıb.
Qeyd edək ki, oktyabrın 21-də Vladimir Putin ABŞ liderinin xüsusi nümayəndəsi Stiv Uitkoffla Sankt-Peterburqda danışıqlar aparıb. Görüşün əsas mövzusu Ukraynadakı münaqişənin nizamlanması olub.






