Dünya · Banker.az

Kreml: Putin Uitkoffa Rusiyanın noyabrda ABŞ və Ukrayna ilə danışıqlara hazır olduğunu bildirib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Kreml: Putin Uitkoffa Rusiyanın noyabrda ABŞ və Ukrayna ilə danışıqlara hazır olduğunu bildirib xəbəri üçün şəkil

Rusiya noyabr ayında Ukrayna ilə bağlı üçtərəfli danışıqları bərpa etməyə hazırdır.

Bunu Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov Sankt-Peterburqda baş tutan Putin-Uitkoff danışıqlarının yekunu ilə bağlı bildirib.

Onun sözlərinə görə, Rusiya noyabrın 10-dan sonra “münaqişə bitdikdən sonra Moskva və Kiyev üçün təhlükəsizlik sisteminin qurulması kimi əsas mövzu” üzrə Ukrayna ilə bağlı üçtərəfli danışıqları bərpa etməyə hazırdır.

Uşakov vurğulayıb ki, Uitkoff Osloda keçirilən danışıqlardan sonra Avropa və Kiyevdən yeni yanaşmalarının olduğunu bildirib, baxmayaraq ki, bu yanaşmalarda Ukrayna böhranının həlli kontekstində faydalı olan çox şey olmayıb.

“Putin Uitkoffa Rusiyanın strateji təşəbbüsə sahib olduğu təmas xəttinin obyektiv mənzərəsini təqdim edib. Rusiya qoşunları bütün əsas istiqamətlərdə hücumlar həyata keçirir və Kiyevin zərbələrinə cavab olaraq Ukraynadakı hədəfləri effektiv şəkildə məhv edir.

Putin ABŞ-ın və şəxsən Trampın Ukrayna münaqişəsinin həlli səylərini yüksək qiymətləndirdi. O, Aleşkidəki humanitar problemlərin həlli üçün göstərdiyi səylərə görə Melaniya Trampa minnətdarlığının çatdırılmasını xahiş etdi”, – Uşakov qeyd edib.

Kreml rəsmisi qeyd edib ki, Çin, əlverişli şəraitdə, Rusiya, Çin və ABŞ liderlərinin üçtərəfli görüşünü APEC sammiti proqramına daxil edəcək: “Hazırlıqlar artıq aparılır. Rusiya belə bir görüşün mümkün məzmunu ilə bağlı praktik təkliflər verib”.

Uşakov görüşdə Rusiya dizel yanacağının tədarükünə xüsusi diqqət yetirildiyini də söyləyib. O bildirib ki, ABŞ ilə dizel sövdələşməsi qlobal yanacaq bazarının sabitləşməsinə töhfə verəcək.

“Putin və Uitkoff genişmiqyaslı Rusiya-Amerika iqtisadi layihələrinin həyata keçirilməsi imkanlarını ətraflı müzakirə ediblər. Bu layihələrdən bəziləri artıq həyata keçirilir.

Rusiya İran ətrafındakı vəziyyətin həllində vasitəçilik etməyə hazırdır. Putin Tehranla danışıqların mümkün və zəruri olduğunu vurğulayıb”, – Kreml rəsmisi əlavə edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑