Dünya · Konkret.az

Mehrinin rüşvətxor merinə qarşı yeni ittiham | KONKRET

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Mehrinin rüşvətxor merinə qarşı yeni ittiham | KONKRET xəbəri üçün şəkil

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi 2000-ci illərdə əmlakın özgəninkiləşdirilməsi ilə bağlı iş üzrə Gümrü şəhər meri Vardan Qukasyana (səlahiyyətləri dayandırılıb-red.) yeni ittiham irəli sürüb.

KONKRET.az bu barədə Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə merin vəkillərindən Aramais Hayrapetyan bildirib. “İstintaq köhnə epizodlar üzrə aparılır. Onu Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə gətiriblər, daha sonra evinə aparıblar. Ona icma rəhbəri olduğu dövrdə baş vermiş 2000-ci illərin hadisələri ilə bağlı iş üzrə yeni ittiham irəli sürülüb. Söhbət əmlakın özgəninkiləşdirilməsindən gedir”, – Hayrapetyan vurğulayıb. Müdafiə etdiyi şəxsin səhhəti barədə danışan vəkil bildirib ki, müsbət dinamika müşahid olunmur, Qukasyan növbəti tibbi müayinədən keçib.

Xatırladaq ki, Vardan Qukasyan 2025-ci ilin oktyabrında həbs edilib. O, rüşvət almaqda ittiham olunsa da, təqsirini boynuna almır. Müdafiə tərəfinin məlumatına görə, ittihamda yer alan demək olar ki, bütün epizodlar 2024-cü ilin dekabrından 2025-ci ilin fevralınadək olan dövrə – Qukasyanın şəhər merı olmadığı vaxta təsadüf edir. 2025-ci il dekabrın 17-də məhkəmə onun həbs müddətini daha üç ay uzadıb. İyunun 5-də yeni cinayət işi qaldırılıb – Qukasyan hakimiyyəti qəsb etməyə cəhddə ittiham olunub. 2026-cı il iyulun 17-də o, ev dustaqlığına keçirilib.\\musavat.com

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑