İsrailin müdafiə naziri Israel Katz İranın və onun müttəfiq qüvvələrinin ölkədə keçiriləcək seçkilərə təsir göstərmək məqsədilə hücumlar həyata keçirməyə cəhd edə biləcəyini bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ynet məlumat yayıb.
Katzın sözlərinə görə, son günlər İsrail tərəfi, xüsusilə İran və onun proksiləri tərəfindən seçkilərə təsir göstərə biləcək hücum cəhdlərini müşahidə edir.
Nazir İran hakimiyyətinin hazırda ən zəif vəziyyətində olduğunu iddia edib. Onun fikrincə, bu vəziyyət Tehranı daha radikal addımlar atmağa sövq edə bilər.
“Əgər İran İsrailə hücum edərsə, İran yanacaq”, – deyə Katz xəbərdarlıq edib.
İsrailin müdafiə naziri, həmçinin ölkəsinin Livan, Suriya və Qəzzada yaratdığı təhlükəsizlik zonalarını tərk etməyəcəyini bir daha bəyan edib.
Katz “Hizbullah”ı da xəbərdar edərək bildirib ki, təşkilat İrana qoşularaq İsrailə hücum edəcəyi təqdirdə ən ağır zərbələrlə üzləşəcək.
Əliyar Xəlil,




