Dünya · Teleqraf

Putinin xüsusi nümayəndəsindən ABŞ-nin sanksiya qərarına - REAKSİYA

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Putinin xüsusi nümayəndəsindən ABŞ-nin sanksiya qərarına - REAKSİYA xəbəri üçün şəkil

BAKI, 21 oktyabr. TELEQRAF

Rusiya ABŞ-nin “Qrem qanunu”nu dayandırmasını vacib addım hesab edir.

Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiyalar Fondunun (RBİF) rəhbəri Kirill Dmitriyev bəyan edib.

O qeyd edib ki, Rusiya tərəfi ABŞ-nin, rusiyalı enerji daşıyıcılarının əsas alıcılarına qarşı 100 faizlik rüsumların tətbiqini nəzərdə tutan mərhum senator Lindsi Qremin qanununun icrasını dayandırmaq qərarına diqqət yetirib.

Xüsusi nümayəndənin sözlərinə görə, bu qanun istənilən birgə layihələrə və investisiyalara maneə törədə bilərdi. “Buna görə də, ABŞ administrasiyasının bu qanun layihəsini, onun qüvvəsini dayandırması, şübhəsiz ki, həm də vacib bir addımdır”, - deyə K.Dmitriyev fikirlərini yekunlaşdırıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑