İranın Ali rəhbəri Müctəba Xamenei parlamentin sədri Məhəmməd Baqir Qalibafla görüşüb və ABŞ ilə İsrailin Tehrana qarşı yürütdüyü siyasəti müzakirə edib.
Yenicag.az xəbər verir ki, bu barədə M. Xameneinin “X” sosial şəbəkə hesabında paylaşdığı bəyanatda qeyd olunub.
“Bu görüşdə Amerika ilə İsrailin hərbi, iqtisadi və koqnitiv müharibəsindəki son hadisələr araşdırılıb, ölkənin güc elementlərinin gücləndirilməsi, İslam Şurası Məclisi nümayəndələrinin sosial həmrəyliyin və milli birliyin qorunmasındakı effektiv rolu müzakirə edilib”, – bəyanatda bildirilib.




