Dünya · Ədalət

Netanyahu: Trampın İsrailin İrana hücumunu bloklaması ilə bağlı xəbər yanlışdır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Netanyahu: Trampın İsrailin İrana hücumunu bloklaması ilə bağlı xəbər yanlışdır xəbəri üçün şəkil

İsrailin oktyabrın 10-da İrana hücum etməyi planlaşdırdığı, lakin ABŞ Prezidenti Donald Trampın buna mane olduğu haqda “Financial Times”da dərc olunan yazı feykdir.

Adalet.az-ın xəbərinə görə, bunu İsrailin Baş naziri benyamin Netanyahu deyib.

İsrail Baş naziri yayılan məlumatı əsassız adlandırıb.

Onun sözlərinə görə, Trampın İrana hücumu bloklaması ilə bağlı xəbər qərəzli və yanlışdır.

Qeyd edək ki, “Financial Times”da dərc olunan yazıya görə, İsrail oktyabrın 10-da İrana genişmiqyaslı zərbələr endirməyə hazırlaşıb, lakin ABŞ Prezidenti Donald Trampın buna qarşı çıxması səbəbindən əməliyyat baş tutmayıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑