Dünya · Axar.az

Putinin əlində Trampa qarşı kompromatlar var

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Putinin əlində Trampa qarşı kompromatlar var xəbəri üçün şəkil

ABŞ Prezidenti Donald Tramp Rusiya ilə neft, qaz və kritik əhəmiyyətli minerallarla bağlı sövdələşmələr bağlamaqla pul qazanmaq istəyir.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton Trampın yenidən Rusiya Prezidenti Vladimir Putinlə yaxınlaşmasına münasibət bildirərkən deyib.

“Həmçinin o, sadəcə olaraq diktatorları bəyənir. Məncə, Putinin Trampa qarşı kompromatları var. Hələ də inanıram ki, onun əlində fotoşəkillər, videolar və ya başqa nə isə var. Ən azından Trampın “Epşteyn sənədləri”nin dərc olunmasına qarşı necə qətiyyətlə mübarizə apardığına baxın. Bütün bu sənədlər nəhayət açıqlananda, hətta Trampın tərəfdarları belə, orada onun haqqında üzə çıxacaq faktlardan şoka düşəcəklər. Açığı, düşünürəm ki, burada əsas məsələ diktator olmaq istəyindən, puldan və Putinin əlindəki kompromatları açıqlamaması üçün onun könlünü xoş etməkdən gedir”, - o bildirib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑