Dünya · Yeni Çağ

Zelenski: Ukrayna Donbası versə, Rusiya çoxlu sayda şəhərimizi ələ keçirə bilər - Yeni Çağ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Zelenski: Ukrayna Donbası versə, Rusiya çoxlu sayda şəhərimizi ələ keçirə bilər - Yeni Çağ xəbəri üçün şəkil

Donetsk vilayətinin Ukraynanın nəzarətində olan hissəsinin Rusiyaya verilməsi Moskvanın Dnepropetrovsk vilayətindəki şəhərlərə doğru irəliləməsi riskini artıracaq.

Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə “The Diary Of A CEO” podkastına müsahibəsində danışıb.

Prezidentin sözlərinə görə, Rusiya müharibəni başa çatdırmaq üçün Ukraynadan Donetsk vilayətindəki Slavyansk, Kramatorsk və Drujkovka şəhərlərini təhvil verməyi tələb edir.

“Bu, birbaşa Dnepropetrovsk vilayətinə — Pavloqrada və Dneprə doğru yol açır. Bunlar çox mühüm mərkəzlərdir. Krivoy Roq mənim doğma şəhərimdir, Nikopol isə ölkəmizin sənaye, mühəndislik və istehsal mərkəzidir. Bunlar ölkəmizin iqtisadiyyatıdır”, – Zelenski deyib.

O, Ukraynanın Donetsk vilayətinin nəzarətində olan hissəsini Rusiyaya verməsinin təhlükəli olduğunu vurğulayıb. Prezident qeyd edib ki, həmin ərazidə Ukrayna ordusunun möhkəmləndirilmiş müdafiə xətti yerləşir.

“Əgər biz bu şəhərlərimizi onlara versək, risk çox böyük olacaq. O, daha da irəliləmək istəsə, çoxlu sayda şəhərimizi ələ keçirə bilər. Bu, real riskdir. Heç kim heç nəyə zəmanət vermir”, – Zelenski bildirib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑