Pezeşkian Putinə təşəkkür etdi

İran Prezidenti Məsud Pezeşkian Rusiya Prezidenti Vladimir Putinə Yaxın Şərq münaqişəsindəki mövqeyinə görə təşəkkür edib.
"Bakupost" Bakıvaxtı.az-a istinadən xəbər verir ki, o, Putinin həmişə birtərəfliliyə qarşı çıxdığını və İranın bu yanaşmaya dəyər verdiyini vurğulayıb.
“Regionda, eləcə də BMT səviyyəsində mövqeyinizə görə sizə təşəkkür etmək istəyirəm. Sizin köməyiniz sayəsində onlar bizə birtərəfli yanaşma tətbiq edə bilmədilər. Buna görə də biz həmişə mövqeyinizə görə sizə minnətdarıq”, - Pezeşkian Putinlə görüşdə bildirib.
İran Prezidenti həmçinin qeyd edib ki, ABŞ öz baxış bucağını bütün dünya ölkələrinə diktə etməyə çalışır:
"Biz çoxtərəfliliyə doğru irəliləməli və birtərəfliliyin dünyaya yayılmasının qarşısını almalıyıq. ABŞ siyasətçiləri öz daxili siyasi kurslarını başqalarına zorla qəbul etdirir, başqa ölkələrə diktə edirlər".
Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.


