Dünya · Bakupost.az

Putindən Pezeşkiana dəstək: "Əlimdən gələni etməyə hazıram"

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Putindən Pezeşkiana dəstək: "Əlimdən gələni etməyə hazıram" xəbəri üçün şəkil

Rusiya Prezidenti Vladimir Putin İranın regiondakı münaqişələrin sülh yolu ilə həlli istiqamətindəki səylərini dəstəklədiklərini və Tehrana kömək etməyə hazır olduqlarını bildirib.
“Bakupost” xəbər verir ki, Putin Türkmənistanın Avaza bölgəsində İran Prezidenti Məsud Pezeşkianla görüşüb. O, regiondakı vəziyyətin müzakirənin əsas mövzularından biri olduğunu deyib.
Putin İranın münaqişənin dayandırılması və problemlərin diplomatik yollarla həlli üçün ciddi səylər göstərdiyini, yeni təkliflər irəli sürdüyünü bildirib. O, problemin həllinə kömək etmək üçün əllərindən gələni etməyə hazır olduqlarını vurğulayıb.
Rusiya lideri iki ölkə arasında ticarət dövriyyəsinin ötən il 21%-dən çox artdığını, artımın bu ilin ilk yeddi ayında da davam etdiyini qeyd edib.
Vüsalə Hüseynova,BakuPost
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑