Dünya · Sfera.az

Kliçko Kiyevi tərk etməyi məsləhət gördü

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Kliçko Kiyevi tərk etməyi məsləhət gördü xəbəri üçün şəkil

Ukraynanın paytaxtı Kiyev hazırda tam mənada sağ qalmaq uğrunda mübarizə aparmaq məcburiyyətindədir.

Sfera.az xəbər verir ki, bunu şəhərin meri Vitali Kliçko AFP agentliyinə müsahibəsində bildirib.

O, paytaxtdan kənarda dostları və ya qohumları olan Kiyev sakinlərinə müvəqqəti olaraq onların yanına köçmək imkanını nəzərdən keçirməyi tövsiyə edib.

"Bu gün söhbət sağ qalmaqdan gedir", - deyə Kliçko vurğulayıb.

Bununla belə, mer şəhərin tamamilə təxliyə edilməsi ilə bağlı çağırış etməyəcəyini bildirib.

Qeyd olunub ki, paytaxt qış mövsümünə hazırlıq çərçivəsində ehtiyat istilik sistemləri, yanacaq, ərzaq və içməli su ehtiyatları toplayır.

Lakin Kliçko xəbərdarlıq edib ki, görülən hazırlıqlar belə mənfi ssenarilərin qarşısını tam almağa kifayət etməyə bilər. Onun sözlərinə görə, xüsusilə su təchizatı infrastrukturunun fəaliyyətində baş verə biləcək hər hansı ciddi pozuntu genişmiqyaslı böhrana səbəb ola bilər.\\oxu.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑