Dünya · Sfera.az

Pakistan bu ölkəyə yüzlərlə hərbçi göndərdi – Yeni müharibə başlayır?

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Pakistan bu ölkəyə yüzlərlə hərbçi göndərdi – Yeni müharibə başlayır? xəbəri üçün şəkil

Pakistan hakimiyyəti Yəməndə husilərlə münaqişənin kəskinləşməsi fonunda Səudiyyə Ərəbistanına yüzlərlə hərbçi göndərib.

Sfera.az xəbər verir ki, bu barədə İspaniyanın EFE agentliyi Pakistanın təhlükəsizlik xidmətlərindəki mənbələrə istinadən məlumat yayıb.

Pakistan təhlükəsizlik xidmətinin anonim qalmaq şərtilə danışan əməkdaşının sözlərinə görə, ölkə onilliklərdir təlim və logistika məqsədilə Səudiyyə Ərəbistanında hərbi kontingent saxlayır. Lakin hazırda Məkkə Müdafiə Sazişi çərçivəsində krallığa əlavə yüzlərlə hərbçi göndərilib.

Mənbə neçə pakistanlı hərbçinin artıq Səudiyyə Ərəbistanına çatdığını və onların harada yerləşdirildiyini açıqlamayıb. O, həmçinin Pakistan aviasiyasının Ər-Riyaddakı hərbi bazalarda yerləşdirilməsi ilə bağlı məlumat verməyib.

Bununla yanaşı, mənbə Pakistanın ölkəyə daha çox hərbçi göndərməyə hazırlaşdığını bildirib./globalinfo

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑