Dünya · Təzadlar

ABŞ Konqresmeni: Məkkə Müdafiə Alyansının Yaxın Şərqin NATO-su olmaq potensialı var - Təzadlar - Təzadlar

Hazırda oxuyur: — Ümumi baxış: 2 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ Konqresmeni: Məkkə Müdafiə Alyansının Yaxın Şərqin NATO-su olmaq potensialı var - Təzadlar - Təzadlar xəbəri üçün şəkil

ABŞ Nümayəndələr Palatasının üzvü Co Vilson Məkkə Birgə Müdafiə Sazişinin Yaxın Şərqin NATO-su olmaq potensialına malik olduğunu vurğulayıb.

Tezadlar.az xəbər verir ki, Respublikaçı Vilson Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan ittifaq müqaviləsinə bu qiymətləndirməni ABŞ-da yerləşən X şirkətinin sosial media platformasında edib.

ABŞ siyasətçisi bildirib ki, “Məkkə Müdafiə Alyansının Yaxın Şərqin NATO-su olmaq potensialı var”.

Vilson əlavə edib: “Husilərin dəstəklədiyi İran təcavüzü qarşısında ittifaqı aktivləşdirdikləri üçün müttəfiqlərimiz Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanına minnətdaram”.

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın xarici işlər nazirlikləri bu gün Məkkə Müdafiə Alyansının Strateji Siyasi və Müdafiə Komitəsinin Fövqəladə İclası ilə bağlı birgə bəyanat yayıblar.

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən görüşdən sonra verilən birgə bəyanatda aşağıdakılar yer alıb:

“Komitə kollektiv müdafiə öhdəliklərinin həyata keçirilməsinə mümkün qədər tez başlamaq və bu kontekstdə, tərəflərin milli qanunvericiliyinə tabe olaraq, razılaşdırılmış hərbi qüvvələrin və imkanların Səudiyyə Ərəbistanına təmin edilməsi və sürətlə yerləşdirilməsi üçün tədbirlər görmək, bununla da təhdidlərlə mübarizəyə hazırlıq vəziyyətini, hərbi inteqrasiyanı və kollektiv potensialı gücləndirmək qərarına gəlib.”

ELBAR

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma2

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑