Dünya · Sfera.az

Qara Dənizdə daha bir gəmi vuruldu

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Qara Dənizdə daha bir gəmi vuruldu xəbəri üçün şəkil

Pilotsuz katerlər Qara dənizdə, Soçi yaxınlığında Liberiya bayrağı altında üzən “Aframaks Rio” tankerinə hücum edib.

Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın Nəqliyyat Nazirliyinin məlumatında deyilir.

Qeyd olunub ki, zərbə nəticəsində gəmidə yanğın baş verib, Sirius çimərlikləri istirahət edənlər üçün bağlanıb.

“Tankerə hücum nəticəsində başlayan neft yanğınının söndürülməsinə yalnız onun intensivliyi azaldıqdan, xilasedici gəmilərin təhlükəsiz yaxınlaşması mümkün olduqdan sonra başlamaq olacaq”, – nazirlikdən deyilib.

Qurumun məlumatına görə, gəminin 23 nəfərlik heyəti (Hindistan vətəndaşları) xilas edilib. İlkin məlumata görə, xəsarət alan yoxdur.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑