Dünya · Təzadlar

Azərbaycana qarşı yazan "Rybar" kanalının sahibi Monteneqroda tutuldu - Təzadlar - Təzadlar

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycana qarşı yazan "Rybar" kanalının sahibi Monteneqroda tutuldu - Təzadlar - Təzadlar xəbəri üçün şəkil

Rusiyanın “Rybar” Telegram kanalının yaradıcısı Mixail Zvinçuk Monteneqroda saxlanılıb. Tezadlar.az e1.ru-ya istinadla bildirir ki, yerli “Vijesti” qəzeti Mixail Zvinçuk, həyat yoldaşı Valeriya və “Rybar”ın daha üç əməkdaşının bu səhər Monteneqronun Risan şəhərində saxlanıldığı barədə məlumat yayıb. Bildirilib ki, əməliyyat Monteneqro polisi və ölkənin Milli Təhlükəsizlik Agentliyi tərəfindən həyata keçirilib. Bunun xarici informasiya təsir əməliyyatlarında iştirak edən Telegram kanallarının hibrid fəaliyyətlərinin qarşısının alınması ilə əlaqəli olduğu bildirilib.

Qeyd edək ki, “Rybar” Teleqram kanalı və onun təsisçisi bloger Mixail Zvinçuk Rusiyada Azərbaycana qarşı aparılmış çirkin informasiya kampaniyasının müəlliflərindən biridir. Zvinçukun həm müəllifi olduğu “Rybar” kanalında, həm də anti-Azərbaycan mövqeli “Tsarqrad” kanalında çox saylı Azərbaycan əleyhinə yazılarına rast gəlmək olar.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑