Dünya · Globalinfo.az

Putin onu evinə dəvət etdi, almanlar qəzəbləndi – FOTO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Putin onu evinə dəvət etdi, almanlar qəzəbləndi – FOTO xəbəri üçün şəkil

Almaniyanın keçmiş kansleri Gerhard Şröderin Moskvaya səfəri və Rusiya Prezidenti Vladimir Putinlə görüşü bir sıra alman siyasətçilərin kəskin tənqidinə səbəb olub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Belə ki, “Yaşıllar” Partiyasının nümayəndəsi Katrin Görinq-Ekkardt Şröderin bu addımını “Almaniya üçün rüsvayçılıq” və “Avropaya xəyanət” adlandırıb.

“Sülhə zərbədir. Amma təəssüf ki, ondan başqa bir şey də gözləmirdim”, – deyə o, “X” sosial şəbəkəsində yazıb.

Avropa Parlamentinin deputatı Mari-Aqnes Ştrak-Tsimmerman isə keçmiş kansleri “Almaniyanın ən həyasız təqaüdçüsü” adlandırıb və baş verənləri “misli görünməmiş rüsvayçılıq” kimi qiymətləndirib.

Almaniyanın Xristian-Demokrat İttifaqının (XDİ) sosial qanadının rəhbəri Dennis Radtke də Şröderi tənqid edib.

O, keçmiş kanslerin səhhətinə görə daha əvvəl parlamentin istintaq komissiyasında çıxış etmədiyini, lakin sonradan Moskvaya yollandığını vurğulayıb.

Qeyd edək ki, oktyabrın 9-da Kreml Putinin doğum günü münasibətilə keçirilən tədbirdən onun Şröderlə birgə fotosunu yayıb.

Məlumata görə, Putin Şröderin Almaniyanın “Globus” şirkətinin işləri ilə əlaqədar Moskvaya gəldiyini öyrəndikdən sonra keçmiş kansleri öz evinə dəvət edib.

Günay Rəsulqızı
Globalinfo.az 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑