Dünya · Bakı Xəbər

Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi... xəbəri üçün şəkil



ABŞ Nümayəndələr Palatasının Məhkəmə Komitəsinin üzvü Ceymi Raskin, Rusiyadan dizel yanacağı alınmasının ölkədəki şirkətlər üçün hüquqi nəticələri doğurduğunu bildirib. Merilənddən olan Demokrat konqresmen açıq məktubunda bu nəticələrin bir milyon dollara qədər cərimə və 20 ilə qədər həbs cəzası nəzərdə tutduğunu iddia edib.

Məktub əsasən Amerika Neft İnstitutunun (API), ABŞ Ticarət Palatasının və Yanacaq və Neft-Kimya İstehsalçıları Assosiasiyasının (AFPM) rəhbərlərinə ünvanlanıb.

Raskin, Rusiyanın Ukraynaya müdaxiləsini "müstəsna və fövqəladə təhlükə" elan edən ikipartiyalı Rusiya Neft İdxalının Dayandırılması Qanununun və 14066 saylı Prezident Fərmanının ABŞ-da qüvvədə qaldığını qeyd edib. Bayden administrasiyası dövründə 2022-ci ilin əvvəlində qəbul edilən hər iki qanun Rusiyadan neft və neft məhsulları ilə bağlı bütün əməliyyatları açıq şəkildə qadağan edir.

Qanun və prezident fərmanı Trampın Ağ Evə qayıtmasından və Vladimir Putinlə "dizel razılaşması" əldə etməsindən sonra belə qüvvədə qalır. Raskin, Rusiyadan dizel yanacağı alınmasının milyonlarla dollarlıq cərimə və uzunmüddətli həbs cəzası da daxil olmaqla, Amerika idxalçıları üçün hələ də cinayət məsuliyyəti yaratdığını deyib.

Konqresmenin sözlərinə görə, Tramp administrasiyası Bayden administrasiyası dövründə tətbiq edilən məhdudiyyətləri qanuni olaraq ləğv edə bilər. Lakin bunun üçün xarici siyasət reallıqlarına əsaslanaraq ABŞ Konqresinin təsdiqi tələb olunur.

“Birincisi Rusiya qoşunlarını Ukraynadan çıxarmağa və Ukraynadakı hərbi əməliyyatlara son qoymağa razı olmalı və bu Ukraynanın azad seçilmiş hökuməti tərəfindən təsdiqlənməlidir.

İkincisi, NATO üzv dövlətlərinə qarşı hər hansı bir qaçılmaz hərbi təhdid yaratmağı dayandırmalı.

Üçüncüsü, Ukrayna xalqının öz rəhbərliyini müstəqil şəkildə seçmək hüququnu tanımalıdır" - deyə Raskin bildirib.

Raskin qeyd edib ki, Moskva ilə Vaşinqton arasında görünən yaxınlaşmaya baxmayaraq, Rusiya İrana ABŞ-a qarşı hərbi əməliyyatlarında kömək etməyə davam edir.

ABŞ Konqresinin üzvləri oktyabr ayında hazırkı administrasiyanın diplomatiyasına qarşı dəfələrlə qəzəblərini bildiriblər. Hər iki partiyanın nümayəndələri Trampı və onun komandasını həm Ukrayna ordusu üçün Starlink peyk rabitəsinə qoyulan məhdudiyyətlərə, həm də Putinlə "dizel razılaşmasına" görə tənqid ediblər. Konqresin ən yüksək vəzifəli üzvlərindən biri olan respublikaçı Mitç Makkonnell bu məsələdə prezidenti "mənəvi cəhətdən iflas etmiş" adlandırıb.

Tahir TAĞIYEV

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑