Dünya · Azxeber.com

Tramp: Lazım gəlsə, İrana yenidən hücum edərəm

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tramp: Lazım gəlsə, İrana yenidən hücum edərəm xəbəri üçün şəkil
ABŞ Prezidenti Donald Tramp zərurət yaranacağı təqdirdə İrana yenidən hərbi zərbə endirməkdən çəkinməyəcəyini bildirib.
Tramp bu barədə Texas ştatında tərəfdarları qarşısında çıxışı zamanı danışıb.
"Dünən məndən soruşdular ki, yenidən belə bir vəziyyət yaransaydı, İrana hücum edərdinizmi? Cavab verdim ki, şübhəsiz. Bu, indiyədək gördüyüm ən böyük işlərdən biridir”, – ABŞ lideri deyib.
Tramp ABŞ-nin İranla müharibəyə başlamadığını iddia edib.
"Amerika İranla müharibəyə başlamayıb. İran 1979-cu ildən bəri Amerikaya qarşı müharibə aparır”, – o bildirib.
ABŞ Prezidenti İranın nüvə silahına sahib olmaq imkanlarının tamamilə aradan qaldırılması istiqamətində daha böyük qələbəyə yaxın olduqlarını da iddia edib.
"Hazırda İran üzərində daha böyük qələbənin və onun nüvə silahına sahib olmaq imkanını birdəfəlik aradan qaldırmağın astanasındayıq”, – Tramp vurğulayıb.
O, həmçinin İranla müharibə yaxın vaxtlarda başa çatdıqdan sonra ABŞ-də benzinin qiymətinin kəskin ucuzlaşacağını proqnozlaşdırıb.   ///teleqraf///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑