Dünya · Azxeber.com

Tramp bu ölkəni ABŞ-nin 51-ci ştatı etməyi təklif edib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tramp bu ölkəni ABŞ-nin 51-ci ştatı etməyi təklif edib xəbəri üçün şəkil
ABŞ Prezidenti Donald Tramp Venesuelanın ölkənin 51-ci ştatı kimi ABŞ-yə daxil edilməsini və orada prezident əvəzinə qubernator seçkilərinin keçirilməsini təklif edib.
Amerika lideri bu barədə Texas ştatının Korpus-Kristi şəhərində keçirilən seçkiqabağı mitinqdə çıxışı zamanı bildirib.
"Venesuelaya təşəkkür etmək istəyirəm. Münasibətlərimiz çox yaxşı, möhtəşəm olub", – Tramp deyib.
Onun sözlərinə görə, Venesuelanı firavan gələcək gözləyir və ölkə gələcəkdə ABŞ-nin tərkibinə daxil ola bilər.
"Kim bilir, bəlkə də tezliklə o, firavan 51-ci ştatımız olacaq. Bu, mümkündür. Gəlin, onu 51-ci ştat edək", – ABŞ Prezidenti bildirib.
Tramp, həmçinin Venesuelada idarəetmə sisteminin dəyişdirilməsini təklif edib: "Orada prezident seçkiləri deyil, qubernator seçkiləri keçirək. Bu fikir necədir? Xoşunuza gəlir? Mənim xoşuma gəlir".
Bundan başqa, ABŞ lideri Vaşinqtonla Karakas arasında genişmiqyaslı neft sazişinin imzalandığını xatırladıb.
"İndi bizim istənilən digər ölkədən, hətta bütün başqa ölkələrin birlikdə malik olduğundan daha çox neftimiz var", – Tramp qeyd edib.
O əlavə edib ki, Venesuela nefti Texasdakı müəssisələrdə emal olunacaq.   ///report///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑