Dünya · Azxeber.com

Rusiyada müharibədən sonra ilk dəfə dünya çempionatı keçiriləcək

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rusiyada müharibədən sonra ilk dəfə dünya çempionatı keçiriləcək xəbəri üçün şəkil
Rusiya Ukraynaya qarşı müharibəyə başladığı 2022-ci ildən bəri ilk dəfə olimpiya idman növü üzrə dünya çempionatına ev sahibliyi etmək hüququ qazanıb.
2030-cu ildə ağır atletika üzrə dünya çempionatı Moskvada keçiriləcək.
Bu barədə Beynəlxalq Ağır Atletika Federasiyası (IWF) məlumat yayıb.
Federasiyanın qərarına əsasən, 2029-cu ildə dünya çempionatı Hindistanın Əhmədabad şəhərində, 2030-cu ildə isə Rusiyanın paytaxtında təşkil olunacaq.
Fransanın "Le Monde” nəşri bu qərarı Rusiya idmanının beynəlxalq təcriddən yavaş-yavaş çıxması istiqamətində növbəti addım kimi qiymətləndirib.
Qeyd olunur ki, Beynəlxalq Olimpiya Komitəsi (BOK) iyulun 7-də Rusiya Olimpiya Komitəsinə tətbiq edilmiş məhdudiyyətləri müvəqqəti olaraq aradan qaldırıb.
Bu qərar rusiyalı idmançıların komanda idman növlərinə və 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiya Oyunlarının təsnifat yarışlarına qayıtmasına yol aça bilər.
Bununla belə, Rusiya idmançılarının beynəlxalq yarışlarda öz dövlət bayraqları və himnləri altında çıxış etmələri məsələsi hələ də tam həllini tapmayıb.   ///modern///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑