Dünya · Axar.az

Husilər Səudiyyənin hərbi bazalarına zərbə endirdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Husilər Səudiyyənin hərbi bazalarına zərbə endirdi xəbəri üçün şəkil

Yəməndəki husilər Ər-Riyad beynəlxalq hava limanına, eləcə də Xamis Muşayt və Cizandakı hərbi bazalara ballistik raket zərbələri endiriblər.

Axar.az xəbər verir ki, bu barədə hərəkatın hərbi sözçüsü Yəhya Səriya deyib.

"Yəmən silahlı qüvvələri (husi qüvvələri) onlarla ballistik raketdən istifadə edərək, üç hərbi əməliyyat keçirib", - deyə o bildirib.

Səriyanın sözlərinə görə, hücumların hədəfləri Ər-Riyaddakı Kral Xalid beynəlxalq hava limanı, Səudiyyə Ərəbistanının cənubundakı Xamis Muşayt aviabazası və Cizandakı Sərhəd Qüvvələrinin dəniz bazası olub.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑