Dünya · Teleqraf

Nigeriyada silahlı hücum: azı 40 dinc sakin öldürülüb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Nigeriyada silahlı hücum: azı 40 dinc sakin öldürülüb xəbəri üçün şəkil

BAKI, 25 oktyabr. TELEQRAF

Nigeriyanın cənub-şərqində yerləşən Taraba ştatında silahlı şəxslərin kəndə hücumu nəticəsində azı 40 dinc sakin həyatını itirib. H

Teleqraf TASS-a istinadən xəbər verir ki, bu barədə “Premium Times” qəzeti hüquq müdafiəçilərinə istinadən məlumat yayıb.

Məlumata görə, silahlı qrup Kərim Lamido rayonundakı Binnari kəndinə hücum edib. Hücum edənlər qonşu Plato ştatından inzibati sərhədi keçərək əraziyə daxil olublar. Onlar kəndlilərin əkin sahələrini yandırıb, evlərini və mağazalarını dağıdıb, dinc sakinləri fərq qoymadan öldürüblər.

Hadisə şahidlərinin sözlərinə görə, itkilərin sayı daha çox ola bilər. Belə ki, bir çox sakin itkin düşmüş hesab olunur. Ərazidə axtarış-xilasetmə əməliyyatı davam edir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑