Dünya · Teleqraf

Tramp Kanada ilə ticarət sazişinin imzalanacağı vaxtı açıqlayıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tramp Kanada ilə ticarət sazişinin imzalanacağı vaxtı açıqlayıb xəbəri üçün şəkil

BAKI, 26 oktyabr. TELEQRAF

ABŞ və Kanada yaxın bir neçə ay ərzində ticarət sazişi imzalaya bilər.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Fox 2” telekanalına müsahibəsində bildirib.

Tramp razılaşmanın daha tez, hətta ABŞ Konqresinə aralıq seçkilərdən əvvəl əldə oluna biləcəyini istisna etməyib.

“Bu, bir neçə ay çəkə bilər. Ola bilsin, daha tez, hətta seçkilərdən əvvəl baş versin. Lakin mən düzgün saziş bağlamaq istəyirəm. Qısamüddətli deyil, uzunmüddətli perspektivi düşünürəm. Razılaşma əldə edildikdə bu, Amerika üçün əla saziş olacaq”, – deyə o vurğulayıb.

Bundan əvvəl Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hassett Vaşinqton və Ottava arasında ticarət danışıqlarının intensivləşdiyini və tərəflərin razılaşmaya yaxın olduğunu açıqlayıb.

Qeyd edək ki, avqust ayında ABŞ və Kanada arasında ticarət danışıqları nəticəsiz başa çatıb. Bundan sonra Vaşinqton Kanadanın bəzi məhsullarına 50 faizlik idxal rüsumları tətbiq edib. Ottava isə cavab olaraq ABŞ məhsullarına əlavə gömrük rüsumları müəyyənləşdirib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑