Hazırki prezident İliyana Yotova Bolqarıstanda keçirilən prezident seçkilərinin birinci turunda qalib gəlib.
Axar.az xəbər verir ki, “Alpha Research” və “Myara” agentlikləri tərəfindən aparılan ekzit-poll nəticələrinə görə, Yotova səslərin təxminən 35,3%-ni toplayıb.
Onun əsas rəqibi, müxalifət tərəfindən dəstəklənən texniki hökumətin keçmiş baş naziri Andrey Qyurov səslərin təxminən 32%-ni toplayıb. Yotova və Qyurov 1 noyabrda keçiriləcək səsvermənin ikinci turunda iştirak edəcəklər.
"Diriliş" siyasi partiyasının namizədi Kostadin Kostadinov səslərin təxminən 13%-ni toplayaraq üçüncü yeri tutub.
Bildirilib ki, ölkədə rekord dərəcədə aşağı seçici fəallığı qeydə alınıb.
Sorğulara görə, səsvermə hüququ olan seçicilərin təxminən 22,3%-i iştirak edib ki, bu da Bolqarıstan seçkilərində ən aşağı göstəricidir.





