Türkiyənin “Peqasus” Hava Yollarına məxsus sərnişin təyyarəsi Frankfurt Hava Limanının uçuş-enmə zolağına səhv istiqamətdə daxil olub və pilotlar uçuşu dayandırmağa məcbur olublar.
Axar.az xəbər verir ki, bu barədə DPA agentliyi Almaniya Aviasiya Təhlükəsizliyi İdarəsinin (DFS) nümayəndəsinə istinadən məlumat yayıb.
Bildirilib ki, hadisə İstanbula ucuşa hazırlaşan Airbus A321 sərnişin təyyarəsi ilə bağlı baş verib.
Dispetçerlər dərhal ekipajın səhvini görüb və uçuşu dayandırmağı əmr ediblər. Həmin vaxt təyyarənin sürəti minimal, təxminən 65 km/saat idi. Daha sonra dispetçerlər təyyarəni uçuş-enmə zolağından çıxarıblar.
Belə ki, təyyarənin 18-ci uçuş-enmə zolağında cənuba qalxmasına icazə verilib. Lakin pilotlar zolaqdan çıxaraq istiqaməti şimala çeviriblər.
DFS nümayəndəsi hadisəni “həqiqətən fövqəladə hadisə" adlandıraraq qeyd edib ki, Almaniyada bu cür olaylar olduqca nadir hallarda baş verir.




