Dünya · Azxeber.com

Rubio: Rusiya ilə bağlı bu qərar hamıya faydalıdır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rubio: Rusiya ilə bağlı bu qərar hamıya faydalıdır xəbəri üçün şəkil
ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı sanksiyaların bir hissəsini yumşaldaraq dizel yanacağının ixracını bərpa etməsinə imkan yaratmaq qərarı müdrik addım olub.
AZXEBER.COM axar.az-a istinadən bildirir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio bildirib.
Rubionun sözlərinə görə, Tramp Ukrayna ilə Rusiya arasında vasitəçi rolunu oynamağa çalışır. Bununla yanaşı, o, dünya bazarına enerji daşıyıcılarının tədarükünü artırmaq və qiymətləri aşağı salmaq istəyir:
"Bu müharibənin dünya iqtisadiyyatına təsirini anlayırıq. Buna görə də prezidentin qısa müddət ərzində dünya bazarına əlavə enerji daşıyıcılarının tədarükünə icazə vermək qərarını çox müdrik hesab edirəm. Bu, təkcə bizə fayda gətirmir - əlbəttə, ABŞ-a da kömək edir. Eyni zamanda, dünyanın hər yerində dizel yanacağının qiymətlərinin yüksək olduğunu nəzərə alsaq, bu qərar mühüm əhəmiyyət daşıyır".
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑