Serbiyada növbədənkənar parlament seçkilərində səsvermə başa çatıb.
Publika.az xəbər verir ki, ilkin nəticələrin seçki məntəqələri bağlandıqdan təxminən iki saat sonra açıqlanacağı gözlənilir.
Yerli vaxtla saat 18:00-a olan məlumata görə, seçici fəallığı 64,9 faizə çatıb.
Seçkilərdə Prezident Aleksandr Vuçiçin rəhbərlik etdiyi hakim düşərgə ilə tələbələrin dəstəklədiyi namizədlər siyahısı arasında gərgin mübarizə gedir. Seçkilər ölkədə korrupsiya əleyhinə etirazlar fonunda keçirilir.






