Dünya · Azxeber.com

Husilər Ər-Riyad hava limanına raket zərbələri endirdiklərini iddia ediblər

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Husilər Ər-Riyad hava limanına raket zərbələri endirdiklərini iddia ediblər xəbəri üçün şəkil
Yəməndəki "Ənsar Allah” hərəkatının husiləri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı beynəlxalq hava limanına, həmçinin Xamis-Muşayt və Cizan şəhərlərindəki hərbi obyektlərə ballistik raketlərlə zərbələr endirdiklərini bildiriblər.
Bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriə məlumat verib.
Onun sözlərinə görə, husilər onlarla ballistik raketdən istifadə etməklə üç hərbi əməliyyat həyata keçiriblər.
Səriə hücumların hədəfləri arasında Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanının, Səudiyyə Ərəbistanının cənubunda yerləşən Xamis-Muşaytdakı aviabazanın və Cizandakı sərhəd qoşunlarının hərbi-dəniz bazasının olduğunu bildirib.
Husilərin hərbi nümayəndəsi beynəlxalq aviaşirkətləri və sərnişinləri təhlükəsiz olmadığını iddia etdiyi Ər-Riyad hava limanından istifadə etməkdən və bu istiqamətdə uçuşlar həyata keçirməkdən çəkinməyə çağırıb.   ///teleqraf///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑