Dünya · Azxeber.com

Serbiyada seçici fəallığı 64,89 faizə çatıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Serbiyada seçici fəallığı 64,89 faizə çatıb xəbəri üçün şəkil
Serbiyada keçirilən növbədənkənar parlament seçkilərində yerli vaxtla saat 18:00-a olan məlumata görə, seçici fəallığı 64,89 faiz təşkil edib.
Bu barədə Serbiya Respublika Statistika İdarəsinin direktor vəzifəsini icra edən Branko Yosipoviç Respublika Seçki Komissiyasında keçirilən mətbuat konfransında məlumat verib.
Bildirilib ki, saat 18:00-a qədər Voyvodinada seçicilərin 66,90 faizi, Belqradda 65,67 faizi, Şumadiya və Qərbi Serbiya regionunda 64,53 faizi, Cənubi və Şərqi Serbiya regionunda isə 62,01 faizi səsvermədə iştirak edib.
Qeyd edək ki, əvvəlki - 2023-cü il dekabrın 17-də keçirilən parlament seçkilərində saat 18:00-a olan məlumata görə, seçici fəallığı 51,93 faiz təşkil edib.   ///report///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑