Dünya · Azxeber.com

Respublikaçılar Trampdan sonrakı dövrü müzakirə etməyə başlayıblar

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Respublikaçılar Trampdan sonrakı dövrü müzakirə etməyə başlayıblar xəbəri üçün şəkil
ABŞ-da Respublikaçılar Partiyasının bəzi nümayəndələri noyabrın 3-də keçirilən aralıq seçkilərdəki məğlubiyyətdən sonra partiyanın Donald Trampdan sonrakı gələcəyini müzakirə etməyə başlayıblar.
AZXEBER.COM apa-ya istinadən xəbər verir ki, "Politico”nun məlumatına görə, partiya daxilində keçirilən qeyri-rəsmi müzakirələrdə bəzi respublikaçı liderlər seçkilərdəki uğursuzluğa görə Trampı günahlandırırlar.
Partiyanın bir sıra nümayəndələri gələcək seçkilərdə uğur qazanmaq üçün mötədil seçicilərin dəstəyini cəlb etməyin vacibliyini vurğulayıblar.
"Tramp çox yaxşı işlər görüb, lakin partiya əbədi olaraq Trampın partiyası olaraq qala bilməz”, – Respublikaçılar Partiyasının Qaston dairəsi üzrə sabiq sədri Conatan Fletçer bildirib.
Onun fikrincə, partiyanın gələcək uğuru siyasi mərkəzə yaxın seçicilərin dəstəyini qazanmaq qabiliyyətindən asılı olacaq.
Yuta ştatından senator Con Kertis də seçkilərin nəticələrini partiya üçün xəbərdarlıq siqnalı adlandırıb.
O, respublikaçıları məğlubiyyətin səbəblərini araşdırmağa çağıraraq bildirib ki, yalnız medianı günahlandırmaqla problemləri həll etmək mümkün deyil.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑