Almaniyanın Bavariya əyalətinin iqtisadiyyat naziri Hubert Ayvanqer Berlindəki hotel otağında həyatını itirib. Hadisənin hansı şəraitdə baş verdiyi və siyasətçinin ölümünə nəyin səbəb olduğu hələlik açıqlanmayıb.
Musavat.com xəbər verir ki, “Bild” nəşrinin Bavariya hökumətindəki və Berlin polisindəki mənbələrə əsasən yaydığı məlumata görə, noyabrın 4-də Berlində “Azad Seçicilər” Partiyasının nümayəndəliyinin açılış mərasimi keçirilib. Özünü narahat hiss edən Ayvanqer tədbirə qatılmaqdan imtina edərək paytaxtın mərkəzindəki “Neuer Fritz” hotelində qalmağa üstünlük verib.
Siyasətçinin meyiti məhz həmin hoteldə aşkar edilib. Onun vəfatı ilə bağlı ailə üzvlərinə rəsmi məlumat çatdırılıb. pizza hut
Hadisənin təfərrüatları və ölümün dəqiq səbəbi ilə bağlı hələlik əlavə məlumat yoxdur.



.jpg)
