Dünya · Azxeber.com

“Hizbullah” Yəməndə husilərin hərbi əməliyyatlarında iştirakının olmadığını açıqlayıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Hizbullah” Yəməndə husilərin hərbi əməliyyatlarında iştirakının olmadığını açıqlayıb xəbəri üçün şəkil
"Hizbullah” təşkilatı Yəməndə husilərin tərəfində hərbi əməliyyatlara qatılması ilə bağlı iddiaları təkzib edib.
AZXEBER.COM xarici mediaya istinadla xəbər verir ki, təşkilat teleqram kanalında bununla bağlı bəyanat yayıb.
"Hizbullah”, eyni zamanda, Yəmənin birliyini qorumaq və fikir ayrılıqlarını aradan qaldırmaq üçün müharibə edən tərəflər arasında dialoqun qurulmasına çağırıb.
Bildirək ki, bundan əvvəl Livanın Baş naziri Nəvaf Salam "Hizbullah”a xəbərdarlıq edib ki, ərəb ölkələrinin, xüsusən də Yəmənin daxili işlərinə müdaxilə milli maraqlara zərər verə bilər.
Yəmənin daxili işlər naziri İbrahim Əli Əhməd Heydan "Hizbullah”ın husilərlə əlaqədə olduğunu bildirib.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑