Dünya · Azxeber.com

'Fox': Vens Trampın geosiyasi siyasətindən narazı olanları ətrafında birləşdirmək niyyətindədir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
'Fox': Vens Trampın geosiyasi siyasətindən narazı olanları ətrafında birləşdirmək niyyətindədir xəbəri üçün şəkil
ABŞ-ın vitse-prezidenti Cey Di Vens 2028-ci il prezident seçkiləri ərəfəsində ölkə lideri Donald Trampın xarici siyasətindən narazı olan tərəfdarlarının dəstəyini qazanmağa çalışır.
AZXEBER.COM xəbər verir ki, bu barədə "Fox News" telekanalı mənbəyə istinadən məlumat yayıb.
Bundan əvvəl çərşənbə günü Vens "X" sosial şəbəkəsində İranla müharibəni Respublikaçılar Partiyasının Konqresə aralıq seçkilərində məğlubiyyətinin səbəbi adlandırıb.
"Fox News"un qiymətləndirməsinə görə, vitse-prezident bununla xarici siyasətə və ABŞ-ın İsraillə münasibətlərinə dair baxışlarının Trampın mövqeyindən fərqləndiyini nümayiş etdirib.
Vens paylaşımında sorğulara əsasən, respublikaçıların əhalinin dəstəyini yenidən qazanmasına kömək edə biləcək dörd istiqaməti də sadalayıb: İranla müharibənin başa çatdırılması, yaşayış xərclərinin azaldılmasına və inflyasiya ilə mübarizəyə diqqətin yönəldilməsi, "Amerika hər şeydən əvvəl" prinsipinə sadiqlik və İsraillə münasibətlərə yenidən baxılması.
ABŞ administrasiyasındakı mənbə telekanala bildirib ki, bu dörd bəndi Vensin "yeni sağçılara" çağırışı kimi qiymətləndirmək olar. Bu qüvvələri Trampın ilkin "Amerika hər şeydən əvvəl" prinsipini və xarici münaqişələrdə iştirakdan imtina mövqeyini dəstəkləyən respublikaçılar koalisiyası kimi xarakterizə etmək mümkündür.
Bununla yanaşı, "Fox News"un mənbəsi Vensin bəyanatının Trampdan ayrılması kimi qiymətləndirilməməli olduğunu vurğulayıb.
Telekanalın məlumatına görə, vitse-prezident Trampı dəstəkləyən, lakin onun xarici siyasəti ilə razılaşmayan respublikaçılara mesaj vermək istəyir. Bu mesaj isə belə səslənir: "Vens bizim adamımızdır".
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑