Nümayəndələr Palatasının hazırkı tərkibində Demokratik azlıq lideri Hakim Ceffris Nümayəndələr Palatasının Spikeri vəzifəsinə namizədliyini irəli sürüb.
o, özünə məxsus sosial hesabından partiya yoldaşlarına müraciət edib: “Xahiş edirəm ki, Nümayəndələr Palatasının növbəti Spikeri vəzifəsinə namizədliyimi dəstəkləyəsiniz”.
Nümayəndələr Palatasının yeni tərkibi 3 yanvar 2027-ci ildə işə başlayacaq. ABŞ-da ara seçkilərin nəticələrinə görə, həm Nümayəndələr Palatasına, həm də Senata Demokratlar nəzarət edəcək.
Ceffris Ağ Evlə münasibətlərlə bağlı qeyd edib: “Nümayəndələr Palatasının Tramp administrasiyasının tam mülkiyyətində olan törəmə müəssisəsi kimi fəaliyyət göstərdiyi günlər bitdi”.
O, Konqresin “icra hakimiyyətinin nəzarətdən çıxmış qolunu” məhdudlaşdıracağına əminliyini ifadə edib. Medianın əvvəllər qeyd etdiyi kimi, Ceffrisin Nümayəndələr Palatasının sədri vəzifəsini icra edən ilk afroamerikalı olmaq şansı yüksəkdir.
Musavat.com




